Latviya Seymi dövlət təhlükəsizliyi əleyhinə olan cinayətlərə görə ömürlük həbsi müəyyən edən düzəlişləri qəbul edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Casusluğu təşkil etmə və ya istiqamətləndirmə ömürlük azadlıqdan məhrum etmə, eləcə də əmlakı müsadirə olunmaqla və ya edilməməklə 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə, habelə 3 ilədək sınaq müddəti ilə cəzalandırılacaq.
Qanunun dəyişdirilməsi təşəbbüsü Latviya prezidenti Edqars Rinkeviçdən gəlib, lakin ədliyyə naziri İnese Libini-Eqnerin təklifi ilə qanuna qəbul edilmiş düzəlişlərə əlavələr edilib.
Ariz Həsənoğlu,
KONKRET.az