Lavrovdan SENSASİON BƏYANAT: Putin Zelenski ilə yalnız bu halda GÖRÜŞƏCƏKbackend

Lavrovdan SENSASİON BƏYANAT: Putin Zelenski ilə yalnız bu halda GÖRÜŞƏCƏK

“Avropa nümayəndələrinin Alyaskadakı görüşə reaksiyası, onların Vaşinqtona səfəri və sonrakı addımları göstərir ki, onlar sülh istəmirlər”.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC News telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsində Rusiya maraqlarını da nəzərə alan konsensus olmalıdır.

Lavrov vurğulayıb ki, Rusiya Ukrayna prezidenti Volodimir Zelenskini de-fakto rejimin rəhbəri kimi tanıyır və bu statusda onunla görüşməyə hazırdır. Lakin Putin yalnız o halda görüşəcək ki, görüşün gündəliyi həqiqətən prezident səviyyəsində olsun:

“Sadəcə Zelenskinin işıqlar altında görünməsi üçün görüş keçirmək məqsədəuyğun deyil”.

Lavrov həmçinin bildirib ki, Kiyevin mülki obyektlərə qarşı məqsədyönlü zərbələr endirməsinə dair kifayət qədər faktlar mövcuddur və Rusiya bu məlumatları beynəlxalq ictimaiyyətə təqdim edir.

“Rusiya heç vaxt və heç bir şəraitdə Ukrayna hərbçiləri ilə bağlı olmayan hədəfləri bilərəkdən seçməyib”, – deyə o əlavə edib.

Rusiya XİN rəhbəri həmçinin İstanbulda başlayan birbaşa danışıqları Ukrayna ilə davam etdirməyə hazır olduqlarını açıqlayıb. Lavrov bildirib ki, Qərb istəyir ki, Ukraynaya təklif olunan təhlükəsizlik Rusiyaya qarşı qurulsun və hətta Ukrayna ərazisinə işğalçı qüvvələr göndərməyə hazırdır, lakin belə hərəkət düzgün yol deyil.

O, qeyd edib: “Bizi ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar prosesini pozmaqda günahlandıranlar əslində etiraf edirlər ki, təhlükəsizlik ‘bölünən’ olmalıdır – yəni Ukraynaya təklif olunan təhlükəsizlik Rusiyaya qarşı qurulsun”.

Lavrov həmçinin sənədin Ukrayna tərəfindən kim tərəfindən imzalanacağının görüşün vaxtından asılı olmayaraq vacib olduğunu bildirib.

NBC-yə müsahibəsində o, ABŞ prezidenti Donald Trampın “onun prezidentliyi dövründə Ukrayna münaqişəsinin baş verməyəcəyi” barədə bəyanatlarına da toxunaraq bildirib ki, bu deməkdir ki, ABŞ 2014-cü ildə Ukraynada çevrilişi maliyyələşdirib təşkil etməzdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*