Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?backend

Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi nəticə əldə etmədən geri qayıdıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan tərəfi əvvəlcədən Rusiyanın ötən ilin dekabrında E190 tipli sərnişin təyyarəsini məhv etməsini rəsmən qəbul etməsini tələb edib. Lakin bu şərtlər qəbul olunmayıb və nəticədə onun ölkə rəhbərliyi ilə planlaşdırılan qeyri-rəsmi görüş baş tutmayıb.

Qeyd olunur ki, Kurenkovun Bakıda olduğu vaxt yerli məhkəmə Rusiyadan olan saxlanılmış jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edib və onlar həbsdə qalmaqda davam edirlər. Bu səbəbdən hazırda heç bir məhbus mübadiləsindən söhbət gedə bilməz.

Rəsmi səfər proqramına əsasən, Kurenkov Bakı şəhərində dar tərkibdə keçirilən fövqəladə hallar nazirlərinin toplantısında iştirak edib.

Hazırda Kurenkovun Bakı səfərinin başqa nəticələri barədə əlavə məlumat yoxdur.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*