“LİBRAFF”dan iki mağazasının bağlanması xəbərinə MÜNASİBƏTbackend

"LİBRAFF"dan iki mağazasının bağlanması xəbərinə MÜNASİBƏT

Bu gün ölkənin bir çox xəbər portallarında “LİBRAFF”-ın iki mağazasının (Bakının Xətai rayonunda və metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LİBRAFF” kitab mağazaları) fəaliyyətinin dayandırılması ilə bağlı xəbər yayılıb.

“LİBRAFF”-ın mətbuat xidmətindən KONKRET.AZ-a verilən məlumata görə, iki filialın bağlanması “LİBRAFF”ın yeni strategiyasına əsasən atılıb. Bu barədə mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu sosial media hesabında da məlumat verib:

“LİBRAFF” bağlanmır. Yalnız “Bravo” marketin içində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir – hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq”.

Yayılan məlumatlarda o da qeyd olunub ki, bu yaxınlarda “LİBRAFF”-ın daha bir neçə mağazası bağlanacaq. Məsələyə münasibət bildirən Cəlalə Nəzəroğlu qeyd edib ki, bu, kökündən yanlış məlumatdır: “Yuxarıda da qeyd etdiyimiz kimi, “LİBRAFF” öz mağazalarını genişləndirməkdə davam edəcək. Odur ki, məlumatı yayarkən rəsmi açıqlamanın alınması da arzuolunandır. Bu həm peşəkarlıq baxımından önəmlidir, həm də xəbərin daha düzgün formada çatdırılmasına imkan yaradacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*