Lisey seçimi sabah yekunlaşırbackend

Lisey seçimi sabah yekunlaşır

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir.

Elm və Təhsil Nazirliyindən KONKRET.az-a bildirilib ki, lisey seçimi iyulun 4-ü saat 16:00-da başa çatacaq.

Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur.

Qeyd edək ki, iyulun 4-dək valideynlər tərəfindən lisey seçimləri, həmçinin seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*