Lissabonda müsəlman dini mərkəzinə HÜCUM EDİLDİ – İki nəfər öldübackend

Lissabonda müsəlman dini mərkəzinə HÜCUM EDİLDİ - İki nəfər öldü

Lissabonda bir nəfər müsəlman dini mərkəzinə bıçaqla hücum edib, iki nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə CNN Portuqaliya telekanalına istinadla xəbər verir.

Portuqaliyanın paytaxtında bıçaqla silahlanmış şəxs müsəlman dini mərkəzinə hücum edib. O, iki nəfəri öldürüb.

“Lissabondakı İsmaililər Mərkəzində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində iki nəfər ölüb”, – telekanal bildirib.

CNN-nin məlumatına görə, hücum edən şəxs Əfqanıstan vətəndaşıdır. Hadisə yerinə gələn polis hücum edən şəxsi ayağından vuraraq zərərsizləşdirib. O, saxlanılaraq xəstəxanaya aparılıb.

Hücumun motivləri barədə məlumat verilməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*