Litva hakimiyyəti lazım gələrsə, Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik ” agentliyinin Litva xidməti yazıb. Litva prezidentinin baş müşaviri Asta Skysgiritte də deyilənləri təsdiqləyib: “Belə zərurət yaranarsa, Litva Gürcüstan prezidentinə sığınacaq verməli olacaq”. Litva liderinin müşaviri qeyd edib ki, hələlik belə bir müraciət daxil olmayıb.
Vəli Həsənoğlu,
KONKRET.az