“Rusiya Federasiyası və KTMT-nin Cənubi Qafqazda mövqelərinin zəifləməsi ilə əlaqədar Rusiya və Belarus bəzi yeni variantlar üzərində çalışır. Bölgəyə nəzarət etmək və Qərbin müdaxiləsinin qarşısını almaq üçün bu dövlətlərin öz planları var”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi analitik Pavel Felqenhauer bildirib.
Onun sözlərinə görə, Lukaşenkonun iş üslubu, açıqlamalarının mahiyyəti çoxlarına bələddir və onun bəyanatları ilk dəfə deyil ki, problem yaradır. Belə bəyanatlar Rusiyaya qarşı da zaman-zaman verilib.
“Nəzərə alaq ki, Lukaşenko Azərbaycana səfərindən sonra Putinlə bir çox məsələləri müzakirə edəcək. Onun Azərbaycanda verdiyi açıqlamaları xatırlayanda Lukaşenkonun Putinə nə təklif edəcəyini təxmini düşünmək çətin deyil.
Prinsipcə, hazırda KTMT-nin hər hansı mexanizmi işləmir. Ermənistan KTMT-dən çıxmaq ərəfəsindədir, ona görə də Lukaşenko, deyəsən, elə bir şey fikirləşib ki, onun təxmininə görə, təklif edəcəyi addımılar reallaşarsa, bu, faydalı ola bilər. “Lakin hesab edirəm ki, belə bir təklifə qədər bir çox hallar, o cümlədən ən azı Azərbaycanın siyasəti nəzərə alınmayıb”, – deyə Felqenhauer bildirib.
Onun fikrincə, “Gürcüstan məsələsində Gürcüstan hakimiyyəti də Qərblə bağlı cəsarətli addımlar atır, lakin görünən odur ki, Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar başlayır və Gürcüstanın xarici siyasi vektoru dəyişmir. Düşünürəm ki, bu, qeyri-real təklifdir, amma gəlin mötərizələrin açılmasını gözləyək”, – Felqenqauer vurğulayıb.
Natiq Səlim,
KONKRET.az