Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Vladimir Zelenskini böhranının sülh yolu ilə həlli üçün tezliklə danışıqlar aparmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Lukaşenko bunu “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.
“İstərdim ki, Zelenski mənim təkliflərimə qulaq assın və başa düşsün ki, slavyan dövlətlərindən başqa heç kim ona Ukrayna ərazisinə xoşbəxtlik gətirməyəcək. Ona görə də oturub razılığa gəlmək lazımdır”, – Lukaşenko bildirib.