Mağazadan oğurladığı 65 mini hotellərdə xərcləyən şəxsə nə qədər cəza verildi?backend

Mağazadan oğurladığı 65 mini hotellərdə xərcləyən şəxsə nə qədər cəza verildi?

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Ruslan Mustafayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Rəsmi məlumata görə, Salyan rayon sakini İslam Ağayev 2021-ci ildə Rayon Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63 000 manat maddi ziyan dəyməsi barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs həmin ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 65 000 manat pulu gizli yolla oğurlayıb.

İstintaqda ifadə verən Ruslan Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə və bahalı hotellərdə gecələməyə xərcləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Ruslan Mustafayevin şikayətini təmin etməyib. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*