Magistraturaya qəbul imtahanı keçiriləcəkbackend

Magistraturaya qəbul imtahanı keçiriləcək

Ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanı (II cəhd) 11 iyun 2023-cü il tarixində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*