Mahaçqala və Dərbənddə qiymətlər: Bakı ilə özünüz müqayisə edin – SİYAHIbackend

Mahaçqala və Dərbənddə qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Dağıstanda turizm yeni formalaşmağa başladığı üçün orada qiymətlər ucuzdur.

KONKRET.az xəbər verir ki, Dağıstana turist səfərləri əsasən aprel-sentyabr aralığında gerçəkləşir. Məsələn, gündəlik sürücülük xidmətləri 14-28 AZN civarındadır.

– Dərbəndin turizm mərkəzlərində sutkalıq istirahət 14-20 manat aralığında dəyişir.

– Mahaçqalada 3-4 ulduzu otel nömrəsinin sutkası 140-170 AZN-dir.

Noxud, qarğıdalı, buğda və ətli dağ supu 2.80-4 AZN

100qr qoyun ətindən kabab 4.70 AZN

Çöp-şiş 7 AZN

Şaurma 2.80-5.60 AZN

Qoyun ətindən lahmacun 4.40 AZN

Acar xaçapurisi 5.60 AZN

Ətli çudu 4 AZN

Taksi 2.80 AZN

Marşrut 0.75 AZN (27 rubl)

\Avtobus 0.70 AZN (25 rubl)

Mahaçqala ekskursiyası 25 AZN

Dərbənd ekskursiyası 40 AZN

Marketlərdə ərzaq

1kq balıq 5.60 AZN

1kq mal əti 11 AZN

1kq düyü 1.96 AZN

Bazarda ərzaq

1litr bitki yağı 5 AZN

10 ədəd yumurta 2.50 AZN

1litr süd 1.90 AZN

1kq kələm 1.20 AZN

1kq kartof 1 AZN

1kq mal əti 9.50 AZN

1kq un 2 AZN

Qeyd edim ki, təqdim olunan məlumatlar 2022-ci ildə yenilənib və çoxu Mahaçqala tariflərinə uyğunlaşdırılıb. Qiyməti verilən ərzaqlar Rusiya bazarı ilə eyniləşdirilib. Yəni Rusiya bazarı üçün istehsal olunan məhsullar Dağıstanda da bahadır. Amma Dağıstanın özünə aid və leqal, qeyri-leqal olan mallar çox ucuzdur.

Fakt: 2018-ci ildə Permdən qayıdarkən Rusiyada (150 rubl) 4 manata aldığım “Marlboro”nun Dərbənddə satılan versiyasına (40 rubl) 1 manat 10 qəpiyim çıxdı.

Dağıstanda minimum əmək haqqı 420 (15 279 rubl) manatdır. 2023-cü il, yanvarın 1-dən 450 AZN olacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*