Fransa prezidenti Emmanuel Makron Ukraynada atəşkəslə bağlı Rusiyaya son müddət qoyub.
KONKRET.az xəbər verir ki o, bildirib ki, ABŞ və Avropa İttifaqının Rusiyaya təqdim etdiyi qeyd-şərtsiz 30 günlük atəşkəs təklifi yalnız bazar ertəsi axşamına qədər qüvvədə qalacaq.
“Bu gün günorta saatlarında Vladimir Zelenski və Avropalı həmkarlarımla danışacağam. Çərçivələr artıq təqdim olunub. Hər şey aydındır”, — deyə Makron mayın 12-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərini Le Figaro nəşri sitat gətirib.
Fransa lideri eyni zamanda vurğulayıb ki, bu mərhələdə hər kəsin soyuqqanlı və ağıllı davranması vacibdir:
“İndi hamımız müdriklik göstərməliyik. Ya Rusiya bu məsələdə ciddi yanaşır və sülh istəyir, ya da qeyri-ciddi davranır, bu halda isə biz daha sərt sanksiyalar tətbiq etməliyik”, — deyə o əlavə edib.
Natiq Səlim,
KONKRET.az