“Mançester Yunaytedin oyunu yaşlı adamın sekslə məşğul olmasına bənzəyir”backend

"Mançester Yunaytedin oyunu yaşlı adamın sekslə məşğul olmasına bənzəyir”

İngiltərənin Mançester Yunayted klubunun əfsanəvi futbolçusu Erik Kantona sabiq komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

KONKRET.AZ xəbər verir ki, 53 yaşlı keçmiş futbolçu açıqlamasında bunları deyib:

“Mançester Yunaytedin oyunu yaşlı adamın sekslə məşğul olmasına bənzəyir. Əlindən gələni edirsən, ancaq günün sonunda hər iki tərəf məyus olur”.

Qeyd edək ki, Erik Kantona 1992-1997-ci illər aralığında formasını geyindiyi Mançester Yunayted ilə 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Hazırladı: Royal TÜRKSOY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*