Mark Rutte: “Niderlandda inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb”backend

Mark Rutte: "Niderlandda inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb"

“Biz çox yüksək inflyasiya ilə üzləşirik. Gələcəkdə hamımız bir az da yoxsullaşacağıq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte bildirib.

Baş nazir vəziyyətin “narahatedici” olduğunu deyib:
“Koronavirus epidemiyasından sonra tədarük zəncirinin pozulması, Rusiyanın Ukraynaya hücumları, ərzaq və enerji böhranı ölkədə inflyasiyanı son 30 ilin pik nöqtəsinə çatdırıb. Bütün bu amillərə görə ölkələr öz tarixlərində rekord inflyasiya rəqəmləri ilə üzləşirlər”.

Rutte Rusiya-Ukrayna müharibəsinin enerji qiymətlərinə təsirinə də toxunub və bu il qiymət artımlarının hiss olunacağını qeyd edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*