Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?backend

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.

O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.

“Kişidən bu həyatda nə qalır? Sabah səni “ayaqlarını qabağa uzadıb” apardılar, səndən nə qalacaq? Birincisi – ad, ikincisi – uşaqlar. Qalan heç nə ümumiyyətlə heç kimi maraqlandırmır”, – deyə Qurulyov vurğulayıb.

Deputat, həmçinin uşaqsızlıq vergisindən əldə edilən vəsaitin Rusiyadakı uşaq evlərinin modernləşdirilməsinə yönəldilməsini təklif edib.

Bundan əlavə, Andrey Qurulev “childfree” (şüurlu şəkildə uşaq sahibi olmamaq istəyi – red.) ideologiyasının qadağan edilməsi ideyasını dəstəkləyib. Deputatın fikrincə, belə bir mövqe ənənəvi ailə dəyərlərinə ziddir və ölkədəki demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov da Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

  • Ayla
    Oktyabr 5, 2024 - 01:07

    Azərbaycanda vergi verməyən şəxslər əsasən fərdi qaydada matəm mərasimləri aparan mərsiyələr, mollalar və cadu yazan, falçılıq edənlərdirki, onlar çox pul qazanmaları vergidən yayınırlar. Baxmayaraq SALYAN RAYONUNUN STANSİYA QƏSƏBƏSİNDƏ YAŞAYAN MOLLA ƏLİ DAYIYA QUR’ANLA CADU YAZMAMAQ XƏBƏRDARLIQ OLSADA YENƏDƏ CADU İŞİ İLƏ MƏŞĞULDUR. VƏ DEMƏK OLAR ÇOX ZİYAN VURUR BƏZİ VƏTƏNDAŞLARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*