ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Azərbaycan və Ermənistan arasında bu həftə imzalanacaq saziş iki ölkə arasında uzunmüddətli sülh müqaviləsinin əsasını təşkil edəcək.
KONKRET.az xəbər verir ki, Rubio Prezident Donald Trampın sülhə sadiq olduğunu vurğulayıb.
“Biz Hindistan və Pakistan arasında gərginliyə müdaxilə etdik və Prezidentimiz orada sülhü bərpa edə bildi. Oxşar bir addımı Kamboca və Tailand arasında da atdıq. Ümid edirik ki, bu dəfə də eyni uğura nail olacağıq. Cümə günü imzalanacaq sənəd Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin başlanğıcı olacaq,” – deyə Marko Rubio qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az