Masallıda hamilə qadının ölümü ilə bağlı TƏFƏRRÜATbackend

Masallıda hamilə qadının ölümü ilə bağlı TƏFƏRRÜAT 

Masallı rayonunda hamilə qadının ölümü ilə bağlı təfərrüat məlum olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, Yardımlı rayonunun Avur kənd sakini, 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyinin 7-ci ayında Bakı şəhərinə aparılıb. Bu vaxt o, özünü narahat hiss edib.

Buna görə də o, yaxınlıqda yerləşən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin qadın xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*