Maşınlardan pul oğurlayan şəxslər TUTULDU – FOTObackend

Maşınlardan pul oğurlayan şəxslər TUTULDU - FOTO

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar – Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Maşınlardan pul oğurlayan şəxslər TUTULDU 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*