Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait…backend

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə gununsesi.info-ya adıçəkilkən nazirlikdəki mənbə deyib. Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə  vəsaitinin  müxtəlif MMC-lər vasitəsilə silindiyi məlum olub.

Bildirilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bu faktlar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək. Bu isə nazir Adil Kərimlinin “vurulması” deməkdir. Çünki, söhbət bir neçə yüz min manatın yox, 8 milyona yaxın vəsaitin talan olunmasından gedir.

Saytı bilgiləndirən mənbə onu da vurğulayıb ki, nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır.

Onu da xatırladaq ki, dünən saytımızda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylinin vəzifəsindən kənarlaşdırılacağına dair xəbər yayılıb. Bildirilir ki, nazir büdcə talanmasına görə daha iki nəfəri günahkar görür. Mədəniyyət Nazirliyinin mətbuat xidməti xəbəri şərh etməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*