Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda Ukrayna ilə keçirilən danışıqların ikinci raundunu müsbət qiymətləndirib. Onun sözlərinə görə, Moskva tərəfi əldə olunan nəticələrdən məmnundur.
KONKRET.az xəbər verir ki, Rusiya mediasının məlumatına əsasən, danışıqlar zamanı Türkiyə tərəfi prosesin bütün mərhələsində iştirak edib və vasitəçilik rolunu davam etdirib.
Gələcək raundun da yenidən İstanbulda keçirilməsi gözlənilir. Lakin növbəti görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.
Natiq Səlim,
KONKRET.az