“Məhərrəm ayının bitməsi ilə əlaqədar olaraq şadlıq saraylarında qiymətlərin artacağı haqda yayılan fikirlər həqiqəti əks etdirmir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli səsləndirib. Məhərrəmlikdən sonra xüsusi bahalaşma gözlənilmir:
“Şadlıq saraylarında qiymətlərin kəskin bahalaşması üçün real əsas yoxdur. Məhərrəmliyin sona çatması ilə bağlı əlavə xərclər və ya bazar şərtlərində ciddi dəyişiklik müşahidə edilmir. Ona görə də qiymətlərin qalxması gözlənilmir”.
İqtisadçının sözlərinə görə, mövcud bazar şəraitində qiymətlərin əvvəlki səviyyədə qalacağı ehtimal edilir.
Aynurə İsmayıl
KONKRET.az