Xarici ölkəyə casusluqda ittiham olunan politoloq Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb.
KONKRET.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova danışıb.
Martın 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə – red.) 5 ay uzadılıb.
Bundan əvvəl ötən il noyabrın 19-da keçirilən məhkəmə iclası zamanı Nəzakət Məmmədovanın həbs müddəti 4 ay uzadılmışdı.
Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.