Məhkəmə qonağı bıçaqlayan ofisiantla bağlı qərar verdibackend

Məhkəmə qonağı bıçaqlayan ofisiantla bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 23 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Qazax şəhərinin Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, Əli Məmmədov həmin ərazidə yerləşən fərdi yaşayış evinin qarşısında qurulmuş çadırda keçirilən toy məclisində ofisiant kimi qulluq göstərib. Bu zaman qonaq qismində iştirak edən, iş üzrə zərərçəkmiş Elmar Rəfiyev ofisiantlar tərəfindən qulluğun zəif təşkil edilməsi ilə bağlı irad bildirib. Sonra onlar məclisdən kənar ərazidə mübahisə edib. Nəticədə Əli çadırdakı stolun üzərindən götürdüyü soyuq mətbəx bıçağı ilə Elmarın qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Əli Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*