Məhkəmədən həbsdə olan vəkil Adəm Məmmədovla bağlı QƏRARbackend

Məhkəmədən həbsdə olan vəkil Adəm Məmmədovla bağlı QƏRAR

Abşeron Rayon Məhkəməsi fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulunu ləğv edib.

Bu barədə KONKRET.az-a vəkil Cavidan Osmanlı məlumat verib.

Cavidan Osmanlı xatırladıb ki, vəkili olduğu Şövkət Azayevadan Abşeron Rayon Məhkəməsinə fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında şikayət verilmişdir:

“Bu gün çıxan məhkəmə qərarı ilə həmin şikayətin icraata qəbulundan imtina edilib və ədalət bərqarar olub. Qanunun aliliyi hər şeydən üstündür”.

Xatırladaq ki, Şövkət Azayeva daha əvvəl də Adəm Məmmədov barəsində dövlət orqanlarına oğlunun həbsdən çıxarılması adı ilə ondan pul alınması ilə bağlı şikayət edib.

  • Dərviş
    Aprel 11, 2025 - 21:51

    Vəkilliyi gözdən salanları biyara göndərmək lazımdı mayda yayda çiyələk yığmağa yayda soğan alağlna payızda pambığa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*