Məhkəmədən kriminal avtoritetlə bağlı QƏRARbackend

Məhkəmədən kriminal avtoritetlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində kriminal aləmdə “Qaqaş” ləqəbi ilə tanınan Valeh Əsədullayev və onun dəstəsinin üzvləri – Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynovun barəsindəki qərardan verilən apellyasiya şikayətinə baxılıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh Əsədullayev 12 il, Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynov hərəsi 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd: Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini tam təqsirli bilməyiblər.
Deyiblər ki, onlara qarşı irəli sürülən bəzi ittihamlar əsassızdır. Müttəhimlər istintaqda etirafedici ifadələrini isə təzyiq altında verdiklərini söyləyiblər.
İttihama görə, onlar Binəqədidə bağ evlərindən silsilə oğurluqlar ediblər.
Keçirilən əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri – paytaxt sakinləri – Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.
Müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib. Saxlanılan şəxslərin Binəqədi və ərtaf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib.
İş üzrə 52 nəfər zərərçəkən şəxs var. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*