Mehman Azadov vəzifəsindən azad edildi – Yeni təyinatlarbackend

Mehman Azadov vəzifəsindən azad edildi – Yeni təyinatlar

Bakının Xəzər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb.

Belə ki, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Eldar oğlu Azadov vəzifəsindən azad edilib. O, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub.

Eyni zamanda, həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Elçin Fazil oğlu Sadıqov təyinat alıb. E.Sadıqov bu vəzifədə bir neçə gün əvvəl sektor müdiri – baş mühasib vəzifəsinə təyin olunan İlhamə Kərimovanı əvəzləyib.

Bundan əlavə, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Ələmdar Bəhmən oğlu Qasımov vəzifəsindən azad olunub. Bu vəzifəyə Nəsiman Fikrət oğlu Ağabəyov təyin olunub. N.Ağabəyov bundan əvvəl sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Beləliklə, icra başçısının yeni kadr siyasətində bir nəfər (Ə.Qasımov) RİH-dən çıxarılıb, daha bir nəfər işçi isə (E.Sadıqov) RİH-də işə götürülüb. Adları çəkilən digər şəxslərin isə RİH daxilində vəzifələri dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*