Məktəbli qızların telefonuna porno videolar göndərən şəxs həbs edildibackend

Məktəbli qızların telefonuna porno videolar göndərən şəxs həbs edildi

Avtobus sürücüsü məktəbli qızlara porno-videolar göndərdiyi üçün həbs edilib.

KONKRET.az xəbər verir ki, Rusiyanın Krasnodar diyarında məhkəmə yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinən məktəb avtobusunun sürücüsünə hökm oxuyub.

İstintaqın məlumatına görə, sürücü dəfələrlə şagirdlərə pornoqrafik videolar nümayiş etdirib, messencer vasitəsilə əxlaqsız videoları məktəbli qızlara göndərib.

Uspenski rayonundan olan 55 saylı sürücü barəsində işin məhkəməsi bağlı qapılar arxasında keçirilib. Məhkəmə həmin şəxsi 7 il müddətinə ciddi rejimli koloniya cəzasına məhkum edib və ona 5 il müddətinə uşaqlarla işlə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*