Mənzil bazarında bahalaşma: Bu ərazidə köhnə tikililərin qiyməti kəskin artdı – VİDEObackend

Mənzil bazarında bahalaşma: Bu ərazidə köhnə tikililərin qiyməti kəskin artdı - VİDEO

Sumqayıt şəhərində mənzil bazarında son iki ayda nəzərəçarpacaq dəyişiklik baş verib.

Belə ki, iki ay əvvəl 55-58 min manata təklif edilən mənzillərin qiyməti 60-65 min manatadək yüksəlib.

Bu tip qiymət artımının, əsasən, köhnə tikililərdə müşahidə olunduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, mənzil bazarında qiymətlərin formalaşmasına tələb və təklif, eləcə də bazardakı iqtisadi vəziyyət kimi amillər təsir göstərir.

Həmçinin vurğulanır ki, köhnə tikililərin infrastruktur baxımından məktəb və bağçalara daha yaxın yerləşməsi onların qiymətinə təsir edən amillərdəndir.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*