Almaniyanın kansleri Fridrix Mers Ukraynaya dəstəyini bir daha bəyan edərək, Avropa ölkələrinin Kiyevlə həmrəylik nümayiş etdirməyə davam edəcəyini bildirib.
“Ukrayna bizim sarsılmaz həmrəyliyimizə güvənə bilər. Məqsədimiz Ukraynanın və bütövlükdə Avropanın həyati təhlükəsizlik maraqlarını təmin edəcək davamlı sülhə nail olmaqdır”, – deyə Mers sosial şəbəkə X-də yazıb.
KONRKET.az xəbər verir ki, eyni zamanda Almaniya kansleri qeyd edib ki, Ukrayna münaqişəsinin həllində həlledici rol ABŞ-a məxsusdur və Avropa ölkələri öz imkanlarını həddən artıq yüksək qiymətləndirməməlidir.
Natiq Səlim,
KONKRET.az