Fransanın PSJ klubunun rəsmi tvitter səhifəsi Milad bayramına aid video paylaşıb.
KONKRET.AZ xəbər verir ki, Paris təmsilçisinin azyaşlı azarkeşlərindən biri klub oyunçuları ilə tanış olmaq üçün Santa-Klausa məktub yazıb.
Bundan xəbər tutan futbolçular azyaşlı azarkeşi klubun paltardəyişmə otağına gətizdirərək onu sevindiriblər.
Azarkeşə klubun ulduz futbolçusu Killian Mbappe Santa Klaus geyimində hədiyyə təqdim edib.
Hazırladı: Royal TÜRKSOY