Məşhur Hollivud aktyoru Azərbaycanda çəkilmiş şəkillər axtarırbackend

Məşhur Hollivud aktyoru Azərbaycanda çəkilmiş şəkillər axtarır

Tanınmış Hollivud aktyoru və kinorejissoru Cozef Qordon Levit yeni lahiyə üçün Azərbaycanda çəkilmiş fotolar axtarır.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Facebook” şəbəkəsində status yazıb.

Amerikalı məşhur statusunda layihənin linkini də yerləşdirib.

“Yaşadığınız yerdən fotoları dərc edin. Bu təbiət, şəhər mənzərələri, heyvanlar, bitkilər, binalar ola bilər. Bütün şəkillər qəbul edilir”, -deyə layihənin əsas səhifəsində bildirilir.

Qeyd edək ki, Cozef Qordon Levit “Başlanğıc”, “Qara cəngavər: Əfsanənin dirçəlişi”, “Zaman ilməsi”, “Linkoln, “Snouden”, “Həyat gözəldir” kimi filmlərdə canlandırdığı obrazlarla yadda qalıb. O, iki dəfə “Qızıl kürə” mükafatının nominantı olub./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*