Məşhur vəkilin evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıbbackend

Məşhur vəkilin evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Fariz Murad oğlu Muradov saxlanılıb.

Qeyd edək ki, oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*