“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də tarixi rekorda imza atıb.
KONKRET.az xəbər verir ki, 38 yaşlı argentinalı əfsanə liqa tarixində ardıcıl 9 çempionat oyununda fərqlənən ilk futbolçu olub.
“Atlanta”ya qarşı keçirilən oyunda Messi dubl edib və komandasına 4:0 hesablı inamlı qələbə qazandırıb.
Argentina futbolçusu 26 qolla MLS-in bombardirlər cədvəlinə başçılıq edir və “Los-Anceles”in qabonlu yarımmüdafiəçisi Deni Buanqadan 2 top (24 qol) irəlidədir.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 62 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın müntəzəm mövsümdə keçirməli olduğu bir oyun qalıb.