Metroda problem yarandı, qatarlar tuneldə qaldı – YENİLƏNDİbackend

Metroda problem yarandı, qatarlar tuneldə qaldı - YENİLƏNDİ

“Bakı Metropoliteni”ndə problem yaranıb.

KONKRET.az xəbər verir ki, nəticədə qatarların hərəkəti ləngiyir.

“Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən bəzi qatarlar tunellərdə, bəziləri isə stansiyalarda gözləyir.

Maşinistlər ləngimənin texniki problemlərlə bağlı olduğunu deyiblər.

***

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: “Nizami” və “İnşaatçılar” stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir”.

Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: “Məsələn, bir qatar “Elmlər Akademiyası” stansiyasını tərk etməmiş digər qatar “İnşaatçılar” stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü “20 Yanvar” stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*