Metronun “Həzi Aslanov” stansiyası əsaslı təmir olunacaqbackend

Metronun "Həzi Aslanov" stansiyası əsaslı təmir olunacaq

Gələn il metronun “Həzi Aslanov” stansiyasının əsaslı təmirinə başlanılacaq.

KONKRET.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

“Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək”, – deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyası 2020-ci ilin dekabr ayında istifadəyə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*