Metyu Kruks Trampı atasının silahı ilə vurub: “Başını azacıq döndərsəydi…”backend

Metyu Kruks Trampı atasının silahı ilə vurub: “Başını azacıq döndərsəydi…

ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Metyu Kruksun istifadə etdiyi tüfəngin onun əlinə necə keçməsi araşdırılır.

KONKRET.az xəbər verir ki, ilkin araşdırmalar nəticəsində silahın qanuni şəkildə alındığı məlum olub. Belə ki, terror cəhdində istifadə edilən tüfəngin təxminən altı ay əvvəl,  Metyu Kruksun atası tərəfindən alındığı qeyd edilir.

Trampa atəş açan 20 yaşlı gəncin hücumdan öncə yaydığı - VİDEO

Hazırda ABŞ hüquq-mühafizə orqanları tüfəngin terrorçunun əlinə nə vaxt və hansı şəraitdə keçdiyini araşdırır.

Xatırladaq ki, seçkiqabağı təşviqat mitinqində iyirmi yaşlı amerikalı Tomas Metyu Kruks AR tüfəngi ilə 137 metr məsafədən siyasətçiyə atəş açaraq onu sağ qulağından yaralayıb. Snayper onu məhv etməmişdən əvvəl o, bir neçə dəfə atəş açmağa, mitinqə gələnlərdən birini öldürməyə və daha iki Tramp tərəfdarını yaralamağa nail olub.

Hadisə şahidlərinin sözlərinə görə, Donald Trampın sağ qalması möcüzədir:

“O, başını azacıq fərqli istiqamətə döndərmiş olsaydı, yaxud terrorçu daha dəqiq  nişan alsaydı, ABŞ prezidentliyinə namizədin cansız bədəni indi Pensilvaniya ştatının Butler meyitxanasında olacaqdı”.//Savash.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*