Millimizdə Santuş – İlqar Qurbanov gərginliyi – EKSKLÜZİV – VİDEObackend

Millimizdə Santuş - İlqar Qurbanov gərginliyi - EKSKLÜZİV - VİDEO

Azərbaycan milli komandasının direktoru İlqar Qurbanovla baş məşqçi Fernandu Santuş arasında münasibətlərdə gərginlik yaranıb.

KONKRET.az xəbər verir ki, sportnet-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Qurbanovu yığmanın daxili məsələlərinə müdaxilədə ittiham edib.

O, şikayətini AFFA rəhbərliyinə də çatdırıb. Nəticədə millinin direktorunun kollektivdən uzaq durması qərara alınıb. İndi Qurbanov yığmanın məşqlərində Santuşdan uzaq durur, hazırlıq prosesinə qarışmır.

Elə İslandiya ilə oyunöncəsi məşqlərdən görüntülərdə də sabiq hücumçu gözə dəyməyib.

Halbuki Qurbanov Santuş barədə əvvəllər müsbət fikirdə olub, onu millinin əvvəlki baş məşqçilərindən tam fərqli mütəxəssis kimi təqdim edib.

Xatırladaq ki, Fernandu Santuş 2024-cü il iyunun 12-də Azərbaycan millisinin baş məşqçisi, İlqar Qurbanov 2024-cü il iyulun 31-də millinin direktoru təyin olunub.

Sportnet.az 2024-cü il oktyabrın 17-də “İctimai Televiziya”da yayımlanmış “Sabaha saxlamayaq” verilişində İlqar Qurbanovun çıxışından bir hissəni təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*