“Wildberries”in qurucusu və “Forbes”ə görə 7 milyard dollar sərvəti ilə Rusiyanın ən zəngin qadını olan Tatyana Bakalçuk hesab edir ki, ana olduqdan sonra ali təhsil almaq, ya da karyera dalınca qaçmaq kimi tövsiyələrə aldanmamaq lazımdır.
KONKRET.az xəbər verir ki, onun fikrincə, qızlara stereotiplər tətbiq etmək düzgün deyil:
“Heç kimə heç nə sırıya bilməzsən. Əgər qız ilk növbədə ailəsinin, övladlarının qayğısına qalmaq istəyirsə, bu, yaxşıdır, amma bunu etməli olduğu stereotipini tətbiq etmək düzgün deyil.
Mən “əvvəlcə evlilik və uşaq, sonra karyera” fikrinin tam əleyhinəyəm. Qız üçün ilk növbədə ailə və karyeranı bir araya necə gətirə biləcəyini başa düşməsi vacibdir”.
O xatırladıb ki, 20 yaşında olanda yeni evləndiyi üçün işə götürülməyib. Çünki işəgötürən dərhal fikirləşir ki, o az keçməmiş analıq məzuniyyətinə çıxacaq. Bu isə heç bir işəgötürən üçün arzuolunan hal deyil. Mən üç qızıma ayaq üstə durmamış ailə qurmağı məsləhət görməyəcəyəm”.
“Wildberries”in təsisçisi hesab edir ki, müasir iqtisadiyyat qadınlara ailə və karyera arasında seçim etməyə imkan vermir.
Qeyd edək ki, Çelyabinsk vilayətindən olan senator Marqarita Pavlova deyib ki, qızları ali təhsil almağa həvəsləndirməyi dayandırmağın vaxtı çatıb. Onun fikrincə, öyrənmək bəzən “deqradasiyaya bərabərdir”, özünü axtarmaq illərlə uzanır və “reproduktiv funksiya əldən verilir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az