Mingəçevir sakini kanalda boğulub.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Onun ehtiyyatsızlıqdan suya düşdüyü ehtimal olunur.
B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.