Dekabrın 18-də Mingəçevirdə maqnitudası 3 olan zəlzələ baş verib.
KONKRET.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.