Ermənistan və Azərbaycan hələlik anklavlar məsələsinə baxmağa hazır deyillər.
KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycanda anklavı var, Azərbaycanın da Ermənistanda anklavları olduğu qəbul edilib.
“Bu məsələlər siyasidir, amma hüquqi tərəfi də var. Komissiyalara bu məsələ ilə məşğul olmaq üçün vaxt lazımdır, mən düşünmürəm ki, hər iki ölkə bu məsələni müzakirə etməyə hazırdır”, – nazir bildirib.
Azərbaycanla delimitasiyanın necə və harada davam etdirilməsi ilə bağlı anlayışın olduğunu qeyd edən Mirzoyan detalları açıqlamayıb.
Günel Mikayılova,
KONKRET.az