Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, iclas noyabrın 28-də Astanada keçiriləcək.
Qeyd olunub ki, bununla belə Ermənistan sammitdə qəbul olunacaq sənədlərə qarşı çıxmayacaq.
Noyabrın 28-də Astanada Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT-nin zirvə görüşü keçiriləcək.
Məlik,
KONKRET.az