Mirzoyan və Bayramov arasında görüş bu tarixdə keçiriləcəkbackend

Mirzoyan və Bayramov arasında görüş bu tarixdə keçiriləcək

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib.

“Hazırda bizdə imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə biz bu mətni razılaşdıracağıq”.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono ilə söhbətində nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*