ABŞ-ın Kentukki ştatında son 1 həftə ərzində 20 at öldürülüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Dumas xilasetmə təşkilatı atları öldürən şəxs barədə məlumat verənə 20 min dollar mükafat verəcəyini açıqlayıb.
Rəsmilər atlara qənim kəsilən şəxsin ən yaxşı halda heyvanların təqib olunması ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunacağını deyir.
Atlardan biri öldürülərkən ağzında ot olub. Şahidlər bunu indiyə qədər görmədikləri insanlığa sığmayan zalımlıq adlandırıblar.
Öldürülən atların çoxu sahibləri tərəfindən tərk edilən heyvanlardır. Onları yerli sakinlər bəsləyib.
Hazırda Dumas xilasetmə təşkilatı sağ qalan atların bölgədən daşınmasına çalışır.
Hazırladı: Günel MUSEYİB