Reytinq agentliyi “Moodys” aylardır davam edən siyasi böhran və mərkəzçi Fransua Bayrunun baş nazir təyin edilməsindən sonra Fransanın kredit reytinqini sabit proqnozla Aa3 səviyyəsinə endirib.
KONKRET.az xəbər verir ki, “Moodys” Fransada siyasi parçalanmaya istinad edir. Fransanın yeni baş naziri 2025-ci il büdcə qanun layihəsini hazırlaya biləcək kabinet yaratmaq problemi ilə üzləşib. “Moodys”un bəyanatında deyilir: “Güclü siyasi parçalanma şəraitində növbəti hökumətin büdcə kəsirini davamlı şəkildə azaltması ehtimalı olduqca aşağıdır”.
Vəli Həsənoğlu,
KONKRET.az