Moskva meri Sergey Sobyanin Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin daha üç ukraynalı pilotsuz uçuş aparatını (PUA) paytaxt istiqamətində hərəkət edərkən məhv etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu gün ərzində Moskva vilayəti üzərində ümumilikdə 24 dron zərərsizləşdirilib. Hücumların qarşısının alınması nəticəsində ciddi dağıntı və insan tələfatı qeydə alınmayıb.
Rusiya rəsmiləri hücumların Ukrayna tərəfindən təşkil olunduğunu iddia edir və bu cür cəhdlərin davamlı şəkildə neytrallaşdırıldığını bildirirlər.
Natiq Səlim,
KONKRET.az