Moskvada yaxın saatlarda güclü küləyin əsəcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, küləyin sürəti saniyədə 15-17 metrə çata bilər. Küləyin güclənməsi yaxın bir saat ərzində başlayacaq və günün sonunadək davam edəcək.
Sakinlərə ehtiyatlı olmaları və mümkün təhlükəli ərazilərdən uzaq durmaları tövsiyə olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
