Moskvada küçədə sifarişli qətl törədildibackend

Moskvada küçədə sifarişli qətl törədildi

Rusiya paytaxtında sifarişli qətl törədilib.

KONKRET.az xəbər verir ki, qətl hadisəsi paytaxtın qərbində, Aleksandr küçəsində baş verib.

Sosial şəbəkələrdə qətllə bağlı videgörüntülər yayılıb. Maskalı şəxsin gündüz vaxtı avtomat silahla bir nəfərə küçədə dəfələrə atəş açdığı və daha sonra hadisə yerindən uzaqlaşdığı görüntülənib.

Rusiya İstintaq Komitəsi Moskvanın qərbində bir nəfərin qətli ilə bağlı cinayət işi açıb. Bildirilib ki, Moskvanın qərbində öldürülən şəxsə 3 atəş açılıb, onlardan ikisi nəzarət atəşi olub.

Moskva prokurorluğu Aleksey Sviridov küçəsində 1989-cu il təvəllüdlü kişinin üzərində zorakılıq əlamətləri olan meyirinin tapıldığını təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, saxlanılan zaman müqavimət göstərib və yaralanıb. (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*