MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz oldubackend

MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz oldu

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

KONKRET.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, respublika üzrə seçici fəallığı 37,27 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*